İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbsdə olan Fəridin anası danışdı: "Fəridlə bu səhər danışdım, dedi ki..." - EKSKLÜZİV VİDEO

2197 14.01.2024 13:08 Son xəbər A A

"Fəridin vəziyyəti yaxşı deyil, intihar edə bilər".

Bu barədə Musavat.com-a İranda casusluq etmək niyyəti ittihamı ilə həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O, müraciətinin dövlət rəsmilərinə çatdırılmasını istəyir.

Həmin müraciəti təqdim edirik:

 

Qeyd edək ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli ötən il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən Fəridlə əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR