İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda gənc etirazçıya 2 il həbs cəzası verildi

279 03.02.2023 15:18 Region A A


İranda etirazlar zamanı həbs edilən gənc etirazçıya 2 il həbs cəzası verilib. Yerli televiziya həbs zamanı Mahmud Aliminin guya iki dəfə Qasım Süleymaninin banerini yandırması ilə bağlı zorla etiraf etdirildiyi videosunu yayımlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Sistan və Bəlucistan xəbərlərini işıqlandıran saytlardan biri 31 dekabr 2022-ci ildən 31 yanvar 2023-cü ilə qədər son bir ay ərzində Zahidanda təhlükəsizlik qüvvələri tərəfindən ən azı 185 bluc vətəndaşının həbs edildiyini açıqlayıb.

Onu da qeyd edək ki, İsfahanın şərqində əkinçilər etiraza qalxıb. Onlar hökumətinin zəhmətkeş fermerlərə qarşı yürütdüyü yanlış siyasəti pisləyiblər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR