İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlarda daha bir azyaşlı öldürüldü - Foto

519 19.11.2022 18:05 Gündəm A A

Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 56 azyaşlı uşaq öldürülüb.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR