İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar davam edir- Ötən günün icmalı

279 19.01.2023 15:07 Region A A

İranın Kərəc, Şiraz, Kiş, Qum, Tehran şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazlarda “Xamneyiyə ölüm!”, “Azadlıq!” şüarları səsləndirilib.

İranda edam olunan Möhsün Şikarinin ölümünün 40-cı günü ilə bağlı etirazçılar "Bəsic" qüvvələrin qərargahını Molotov kokteylləri ilə yandırıb.
Sosial mediada etirazlarla bağlı yayılmış videoda hicablı qadın hökumət məmurlarına deyir: "Siz kişi deyilsinizmi, xalqı günün günorta çağı tutursunuz, döyürsünüz?!”

Əlburz əyaləti:

Kərəc şəhərində evlərin damından etirazçılar "Xamneyiyə ölüm!", Həmvətənlər, nə vaxt yorulsanız, mollasız Novruz Bayramı haqda düşünün!" şüarlarından istifadə ediblər

Fars əyalət:

Şiraz şəhərində etirazçılar rejimə etiraz məqsədilə Qasım Süleymaninin banerinə qan simvolu olan qırmızı boya atıblar.

Hürmüzqan əyaləti:

Kiş şəhərində etirazçılar rejimə qarşı şüarlar yazıb: "Həmvətənlər, nə vaxt yorulsanız, mollasız Novruz Bayramı haqda düşünün!"

Qum əyaləti

Qum vilayətində gecə yarısı etirazçılar Fərman İmamın icra qərargahına molotof kokteyli ilə hücum edib.

Tehran əyaləti:

Tehran İncəsənət Universiteti tələbələrinin universitet rəhbərliyinin bütün məcburiyyət və təhdidlərinə baxmayaraq, dörd aydır dərsləri boykot edən Heykəltəraşlıq" kafedrasının tələbə və professorlarına dəstək nümayişi keçiriblər.

Etirazçılar Tehranın müxtəlif məhəllələrində, o cümlədən Apadana, Şəhr Ziba, Baqeri və Geyşada hökumət əleyhinə şüarlar səsləndiriblər.

***

Etirazlar zamanı Tehranın üç böyük xəstəxanası - Farabi, Rəsul Əkrəm və Ləbafinejadın oftalmoloqları etirazların başlanmasından noyabrın sonuna qədər ümumilikdə 100-dən çox xəstəni qəbul etdiklərini hesablayıblar. Məlumata görə, gözləri ciddi zədələnən 500 xəstəyə xidmət göstərilib.

***

Xamneyinin universitetdəki beyin mərkəzinin rəhbəri Əlirza Pənahyanın qardaşı axund Əhməd Pənahyan deyib ki, lənətlənmiş etirazçılar ən sərt şəkildə öldürülməlidir.

***

Norveç təyyarəsinin baş stüardı iranlıların milli qiyamına dəstək məqsədilə təyyarənin iranlı sərnişinlərinə "Qadın, Həyat, Azadlıq" adlı şeir oxuyub.
İranın etnik ərəb və kürd fəalları Britaniya parlamentinə gələrək, SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsi və İrandakı hazırkı vəziyyətlə bağlı brifinq keçiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR