İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyaları davam edir-“Sona qədər mübarizə aparacağıq!”

269 18.01.2023 15:58 Region A A

İranın Əsəluye, Əhvaz, İsfahan, Məşhəd, Tehran şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xəbər verir ki, etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, "Xameneyiyə ölüm!" və digər şüarlar səsləndirilib.

Möhsün Şəkərinin 40 günü ilə eyni vaxtda bir qrup vətəndaş Tehranın Həfthouz meydanında “Diktatora ölüm!” şüarları səsləndirib. Təhlükəsizlik qüvvələri insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Rəştdə etirazçı gənclər yanvarın 19-u və 20-si etiraz aksiyası keçirməyə çağırış ediblər.

Qəzvin şəhərinin etirazçı gəncləri yanvarın 19-u və 20-si etiraz aksiyası keçirməyə çağırış ediblər.

Məşhəd şəhərində sakinlər ölkədə davam edən kütləvi etirazlar fonunda aksiya keçirərək "Xameneyi qatildir, hakimiyyəti batildir!", " Xameneyiyə ölüm!" şüarları səsləndirib.

Türbət-Cam şəhərinin əhalisi valiliyinin qarşısında toplaşaraq etiraz aksiyası keçiriblər. Etirazçılar divarlara rejimə qarşı şüarlar yazıb: "Qəddar Xameneyi, səni torpağa basdıracağıq!”, “Qəddar Xameneyi!” , “Sona qədər mübarizə aparacağıq!”

İlam əyalətinin  Abdanan şəhərindən olan bir gənc şəhərin parlamentdəki deputatı Behzad Əlizadəyə deyib: “Əgər siz doğrudan da xalqın nümayəndəsisinizsə, bizim sözlərimizi parlamentdə səsləndirin və deyin ki, "biz İslam Respublikası sistemini istəmirik”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR