İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda dəhşətli PARTLAYIŞ: Hava limanında həyəcan təbili çalındı

721 21.06.2024 14:02 Hadisə A A

Dünən gecə saatlarında Sistan və Bəluçistan əyalətinin Keşavərz və Cam-e Cəm bölgələri yaxınlığında yerləşən Zahidan hava limanı ətrafında güclü partlayış səsi eşidilib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

Qeyd olunub ki, partlayış səsinin ardınca hava limanının ətrafında həyəcan siqnalı verilib.

Partlayışın nədən baş verdiyi və ölənlərin olub-olmadığı barədə məlumat yoxdur.

İran rəsmiləri hələlik hadisəyə münasibət bildirməyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR