İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda daha 7 məhkum dar ağacından asıldı

454 10.05.2023 17:25 Region A A

Mayın 10-u səhər saatlarında Kərəc şəhərinin iki həbsxanasında 7 məhkum edam edilib.

Musavat.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Məlumata görə, məhkumlardan dördü Rəcaişəhr, üçü isə Qızılhisar zindanlarında edam olunub. Onların narkotik maddələrin alveri və adam öldürməkdə ittiham olunduqları bildirilir.

Təşkilatın verdiyi məlumata görə, son 11 gün ərzində İranda 57 məhkum edam edilib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İranda cari ilin son beş ayında 209 nəfərin edam edildiyini açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR