İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 2 restoran möhürləndi- SƏBƏB  

629 27.04.2023 16:10 Region A A

İranda hicab qaydalarına əməl edilmədiyi üçün daha iki restoran möhürlənib.

Musavat.com bu barədə teleqram kanallarına istinadən xəbər verir.

Məlumata görə "məcburi hicab qaydalarının" icrası istiqamətində "Zeus" və  "Çilay" restoranları polis tərəfindən möhürlənib.

Restoranların “hicaba və iffətə əməl edilməməsi” səbəbiylə möhürləndiyi bildirilib.

Qeyd olunub ki, bu iki restorana əvvəllər hicaba riayət etmədikləri üçün xəbərdarlıq edilib, lakin müştərilər və işçilər yenə də hicaba riayət etməyiblər.

Son vaxtlar İranda "məcburi hicaba əməl etməyən qadınlarla rəftarın sərtləşdirilməsi" tədbirləri çərçivəsində ticarət və iaşə obyektləri möhürlənir. Bir neçə gün əvvəl hicab qaydalarına əməl edilmədiyi üçün Tehrandakı “Opal” alış-veriş mərkəzinin qapısı möhürlənib. Rəsmilər ticarət mərkəzinin xəbərdarlıqlara məhəl qoymadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR