İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yəhudiləri İsrailə qarşı mitinq keçirməyə məcbur edir FOTO

523 11.04.2023 14:21 Gündəm A A

İran hökuməti bu ölkədə qalan az sayda yəhudini İsrail dövlətinə qarşı keçirilən nümayişlərə qoşulmağa məcbur edir.

Musavat.com xəbər verir ki, Tehran rejimi yəhudi icmasından ənənəvi Pasxa və ya Fətir bayramları mərasimlərini ləğv edərək, İsrailin məhv olmasına səsləyən və hər il orucluq ayının sonuncu cümə günü keçirilən "Qüds günü" yürüşlərində iştirak etməyi tələb edir.

Bu barədə İsrailin "Yerusalem Post" qəzeti məlumat yayıb.

"İranda yəhudi icmasına səssiz təzyiqlər edilir və İran yəhudiləri hökumətin təşkil etdiyi Qüds günü nümayişlərində iştirak etməsələr, daha çox əziyyət çəkəcəklərini bilirlər",- məlumatda bildirilib.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin çoxu ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudilərin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı basqılarla və ayrı-seçkiliklə üzləşirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR