İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistan arasında yeni razılaşma, bu vergi ləğv olunur

895 08.11.2023 16:15 Region A A

İrəvan və Tehran yük maşınlarından alınan vergilərdən imtina edəcək.

Musavat.com "Pars Today" dövlət agentliyinə istinadən xəbər verir ki, İran yük maşınları Ermənistanla sərhədi keçərkən ekoloji və dövlət rüsumlarından əlavə orta hesabla 250 dollar yol vergisi də ödəyirlər.

İrana daxil olan Ermənistana məxsus yük maşınlarından isə 120 dollar alınır.

Tərəflər məhz bu vergini sıfırlayacaqlar. Lakin bunun dəqiq nə zaman ləğv ediləcəyi hələlik məlum deyil.

Bildirilir ki, bu hər iki ölkənin ixracatçılarına xərcləri azaltmağa və istehlakçılar üçün malların dəyərini azaltmağa imkan verəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR