İran döyüş meydanında ABŞ-ı məğlub edib, ona görə də Tehrana müharibəni hərbi üstünlüklə başa vurmaq üçün ən yaxşı vaxt indidir.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasında çıxış edib: "Vaşinqton silahlı qüvvələrimizin və xalqımızın inadkar və cəsarətli müqaviməti ilə üzləşib. Müharibəni bitirmək üçün ən yaxşı vaxt üstünlüyümüz indidir; biz döyüş meydanında həqiqətən qələbə qazanmışıq".
İran xarici işlər naziri əlavə edib ki, diplomatiya hərbi uğurla sıx bağlıdır, ona görə də Tehran amerikalılarla sülh bağlayarkən daha yaxşı şərtlərə güvənir.
Daha əvvəl Əraqçi bildirib ki, İran və ABŞ münaqişəyə son qoyacaq memorandum imzalamağa əvvəlkindən daha yaxındırlar.
Musavat.com






