İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Sünikdə ermənilər üçün yol, bənd salacaq

728 23.01.2023 14:15 Region A A

 

İranla Ermənistanın yaxın əlaqələri davam edir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İranın Ermənistandakı səfirliyi və Ermənistanın Regional İdarəetmə və İnfrastruktur Nazirliyi, Maliyyə Nazirliyinin iştirakı ilə konfrans keçirilib. Konfransda erməni tərəfi yol, bənd tikintisi, şəhərsalma və enerji infrastrukturu sahəsində layihələrini İranın texniki və mühəndislik xidmətləri sahəsində aparıcı şirkətlərin rəhbərlərinə və nümayəndələrinə təqdim edib. Qeyd olunan layihələrin mühüm hissəsi İrana bitişik olan Sünik vilayətində həyata keçirilməlidir.

İİR-in səhiyyə naziri Bəhram Aynullahi Ermənistan Respublikasının səhiyyə naziri Anahita Avansyan ilə görüşdə İran və Ermənistan arasında səhiyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün icraedici işçi qrupunun formalaşdığını elan edib.

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri isə bunları deyib:

“İran bütün qonşu ölkələrlə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək siyasəti yürüdür. Ermənistan bizimlə qonşu və dost ölkədir. Biz Ermənistanla münasibətlərimizi məhz bunun əsasında qururuq. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR