İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sosial-iqtisadi problemlərin girdabında- Molla rejiminin ifşası

483 03.02.2023 15:51 Region A A


Tehran əyalətinin Rey şəhərində əməkhaqlarını aylarla ala bilməyən fəhlələr İran prezidenti İbrahim Rəisiyə şikayət ediblər. Urmiya şəhərindən olan fəhlə prezidentə deyib ki, 3 aydır əməkhaqqı almır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bütün bunların fonunda prezident İbrahim Rəisi hər şeyin qaydasında olduğunu bildirib:
“Biz dəfələrlə demişik ki, valyuta ehtiyatlarımızdan narahat olmağa dəyməz və real iqtisadi iş görmək istəyən təsərrüfat fəalları bilməlidirlər ki, bizdə valyuta problemi yoxdur, amma düşmənlər ölkədə şübhə və narahatlıq yaratmaq istəyirlər.İnsanların güzəranının, süfrəsinin gələcəyini aydın görürük”

İİR Prezidentinin Birinci vitse-prezidenti Məhəmməd Moxber isə qeyd edib ki, ölkənin qeyri-neft ixracı 45,3 milyard dollara çatıb.

İranın neft naziri Cavad Ouci isə bildirib ki, ölkədə istehsal kəsirinə görə, xaricdən benzin idxal ediləcək.

Sosial şəbəklərdə yayılan videoya yazılan başlıqda Tehranda uşaqları işlətmək üçün şəhərin bir tərəfindən digər tərəfinə gizli şəkildə aparıldığı iddia edilib.

İranın digər şəhərlərindən Tehran xəstəxanalarına müraciət edən çox sayda xəstələrin müalicə xərclərindən əlavə qalmağa da yer tapmamaları və imkansızlıqdan səbəbdən xəstəxanaların ətrafında çadır qurub yatdıqlar bildirilir. Bu barədə sosial şəbəkələrdə fotolar da yayımlanıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR