İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rəşt-Astara dəmiryol xətti üçün torpaq ayrılmasını yubadır

493 21.06.2024 15:52 Son xəbər A A

İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində inşası nəzərdə tutulan Rəşt-Astara dəmiryol xəttinin keçəcəyi ərazilərdə tikinti üçün torpaq ayrılmasını ləngidir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Aleksey Sapetko Federasiya Şurasında “Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafında Rusiyanın rolu” mövzusunda keçirilən dəyirmi masada açıqlayıb.

Onun sözlərinə görə, İran indiyədək dəmir yolu hissəsinin birgə tikintisi məqsədi ilə layihəqabağı işlər üçün marşrutun 20 faizdən az hissəsini verməyə hazırdır. Söhbət layihəqabağı işlərdən – geodeziya, ölçmə, layihələndirmə, yerində işlərdən gedir. İran 158 km-lik xətt üzrə cəmi 30 km-lik hissədə torpaq ayrılmasını həyata keçirib.

Sapetko əlavə edib ki, layihəqabağı tədqiqat işləri başa çatana qədər tikinti müqaviləsini yekun formada imzalamaq mümkün deyil, çünki müqavilədə çoxlu texniki parametrlər olmalıdır. O, həmçinin qeyd edib ki, İranın xətt üçün ayırdığı torpaqlar tam məlum olmadığına görə yolun dəqiq uzunluğu və marşrutunu da müəyyənləşdirmək mümkün deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR