İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rəsmən ELAN ETDİ - Cenevrəyə O GEDƏCƏK

744 16.06.2026 13:32 Siyasət A A

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf iyunun 19-da Cenevrədə ABŞ ilə memorandumun imzalanmasında iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi məlumat verib.

"İmzalanma mərasiminin elektron formatda keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Sənəd imzalandıqdan sonra növbəti müzakirələrə başlanılacaq. ABŞ tərəfindən prosesdə vitse-prezident Ceyms Devid (Cey Di) Vens, İran tərəfindən isə Qalibaf iştirak edir", - deyə "Tasnim" agentliyi nazir müavininin sözlərini sitat gətirib.

Xatırladaq ki, ötən həftə ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistanın rəsmi şəxsləri Vaşinqtonla Tehran arasında razılığın əldə olunduğunu təsdiqləyiblər. Sözügedən sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR