İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rejimi güneyli gənc barədə edam hökmü verdi

663 03.12.2022 12:25 Hadisə A A

İran məhkəməsi Əslən Güney Azərbaycanın Bostanabad bölgəsinin Atbatan kəndindən olan Milad Əşrəfi Atbatan barədə edam cəzası verib.

Musavat.com xəbər verir ki, İran məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb.

Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossad-la əməkdaşlıqda günahlandırılıblar.

İranın rəsmi dövlət mediasının edama məhkum edilən şəxslərin videosunu yayaraq onların cinayətlərini etiraf etdiyini bildirməsinə baxmayaraq, müstəqil və müxalif media və qurumlar adı çəkilən müttəhimlərdən məcburi etiraf alındığını bildirirlər.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR