İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ölkəmizə niyə “Bakı dövləti” deyir- Çirkin plan  

6664 21.08.2023 18:30 Siyasət A A

 

İran Azərbaycan Respublikasına “Bakı respublikası”, “Bakı dövləti” kimi müraciətlərinə davam edir. Yayılan məlumatlara görə son aylarda artıq təhsil sistemlərində azərbaycanlı şagirdlərə zorla "Azərbaycan" sözünü silib, "Bakı Respublikası" yazmağı öyrədirlər.

Bu üsulla onlar məqsədli şəkildə “Bakı Respublikası” sözünü kütləvi şəkildə təhsil, elm və media dilinə gətirirlər.

Hələ ki, bu barədə siyasilər danışmırlar. Ancaq fəlsəfə doktoru, araşdırmaçı, dosent Zaur Əliyev açıqlamalarından birində deyib ki, siyasi partiyalara tapşırıq verilib ki, yavaş-yavaş sənədlərdə "Azərbaycan Respublikası" adını "Bakı Respublikası" ilə əvəz etsinlər. İran bunu etməklə 30 milyonluq soydaşlarımızın beynini yumağa cəhd edir. Lakin bu məkrli planları da baş tutmayacaq. Bunu İranda keçirilən aksiyalar, soydaşlarımızın yarıtmaz molla rejiminə qarşı etirazları da göstərir.

İndiyədək “Yeni Müsavat” qəzetində də bu barədə materiallar dərc olunub. Yada salaq ki, İran Azərbaycanda səfirlik açdığı ilk illərdə binanın üzərinə "İran İslam Respublikasının Bakıdakı səfirliyi" sözü yazılmışdı.

Məsələ ilə bağlı Musavat.com-a Türkiyədən faktlar dolu bir məktub göndərilib.

Məktubu yazan Dr.Öztürk  qeyd edib ki, “Azadlıq” radiosunun fars xidməti  “Radio Fərda” Azərbaycanı “Bakı dövləti” adlandırmaqda israrlıdır.

Yazar qeyd edir:

“Əgər kimsə səndən Bakı dövlətini Google-da tapmağı xahiş etsə, tapa bilərsənmi? Bu sualın qəti cavabı var- xeyr. Azərbaycan sözü Araz çayının şimalında yerləşən Azərbaycan Respublikasına və Cənubi Azərbaycana (hazırda İranın bir hissəsidir) aiddir. Bəs niyə “Azadlıq” radiosunun fars xidməti “Radio Fərda” Azərbaycanı “Bakı dövləti” adlandırmaqda israrlıdır?”

Picture1.jpg (51 KB)

Yazar qeyd edir ki, radioda axtarış aparan zaman bu adla 400-dən çox məqalə və xəbər çıxır.  Bununla bağlı link:  (https://www.radiofarda.com/s?k=%D8%AF%D9%88%D9%84%D8%AA%20%D8 %A8% D8% A7%DA%A9%D9%88%20&tab=all&pi=1&r=any&pp=)

“Tutaq ki, onlar bir sıra ölkələrin düzgün adlarını bilmirlər. Əgər belədirsə, biz xəbər saytlarında axtarış edən zaman digər dövlətlərlə bağlı da bu faktın şahidi olmalı idik.

Məsələn, Almaniya Berlin əyaləti, Fransa Paris əyaləti, Rusiya Moskva əyaləti, İspaniya Madrid əyaləti yazıla bilərdi. İran dövləti  də Tehran dövləti kimi, amma bu, belə deyil.  Bütün bunların fonunda Azərbaycanla bağlı təkrarlanan “səhvə” yol verilməsi qəribə deyilmi?

“Bakı dövləti” ifadəsinin Azərbaycan Respublikasına aid edilməsini “Radio Fərda” İH-nin Azərbaycana qarşı şovinist baxışı ilə əlaqələndirmək olar. Bu məsələ ilə bağlı “Azadlıq” radiosunun rəhbərliyinə diqqət yetirmək çox vacibdir. “Azadlıq” radiosunun fars bölməsi, “Fərda” radiosu və BBC-nin fars xidməti kimi mətbuat orqanlarında tez-tez nüfuzlu mövqelər tutan İrandan kənarda yaşayan kralçılar Azərbaycanla bağlı İran İslam Respublikasının repressiv rejimi ilə ortaq perspektivi qəbul edirlər. “Bakı dövləti” ifadəsi  İranın  media mexanizmi tərəfindən hazırlanmış uydurma termindir və monarxiyanın müdafiəçiləri, Azərbaycan Respublikasının reallığını şübhə altına alan digər şəxslər tərəfindən qəsdən işlədilir. Təhrif perspektivə malik insanların bu cür ritorik strategiyalardan istifadə etməsi İranın Azərbaycan Respublikası üzərində suverenlik iddiasını ifadə etməklə Azərbaycanı aşağılamaq məqsədi daşıyır. “Radio Fərda” İdarə Heyətinin nöqteyi-nəzəri Azərbaycan Respublikasının varlığını və güclənməsini İranın varlığına təhlükə kimi görməkdən irəli gəlir. Və buna görə də Azərbaycanı daim “Bakı dövləti” kimi qələmə verirlər”.

AD525D83-3631-4836-96CA-2D848128.jpg (118 KB)

Yazar qeyd edir ki,  “Fərda Radiosu” rəsmi olaraq tanınan Azərbaycan dövləti əvəzinə “Bakı Dövləti” ifadəsini işlətməklə Azərbaycan Respublikasını suveren kimi tanımadığını nəzərdə tutur:

"Azərbaycan 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının üzvüdür və BMT-dəki rəsmi adı Bakı dövləti deyil, Azərbaycandır.

“Azadlıq” radiosunun “Bakı dövləti” ifadəsindən istifadə edərək həqiqəti təhrif etdiyinə qarşı çıxmaq lazımdır.

“Azadlıq” radiosunun “Fərda” radiosunda dar düşüncəli və şovinist şəxslərin mövcudluğuna münasibət bildirməsini və fars qolunun bir milləti aşağılamaq praktikasına son qoymasını gözləyirəm”.

Bu barədə şərhində politoloq Elxan Şahinoğlu aşağıdakıları bildirib:

İranın rəsmi, dini və hərbiləşdirilmiş dairələrinə yaxın saytlarda Azərbaycan Respublikasının adının Bakı dövləti” şəklində yazılması bizə qarşı düşmənçilyin bir başqa nümunəsidir.

“Bununla iki məqsəd güddükləri aşkardır. Birinci məqsədləri Azərbaycan Respublikasının varlığını inkar, ikinci məqsədləri Azərbaycan adının ancaq İrana aid olduğunu iddia etməkdir. İmkanları olsaydı, SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyini də tanımazdılar. Reallıqla barışmalı olsalar da, dövlətimizi “Bakı dövləti” adlandırmaqla hikkələrindən əl çəkmirlər. Bizi də məcbur edirlər ki, “İran adlı dövlət” ifadəsini işlədək və yazaq”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR