İnsanlara hürriyət, millətlərə istiqlal!

İran NARAHATDIR: Bakı həmlə edəcək, genişmiqyaslı savaş başlayacaq – detallar CANLIda

969 13.11.2023 13:36 Ölkə A A

“Ermənistan İranla əsas regional müttəfiqdir və hər iki ölkə əsas ticarət tərəfdaşlarıdır. Məhz elə buna görə də Ermənistan Rusiyanın nəzarəti altında olacaq Zəngəzur dəhlizi ideyasına qarşıdır. Məlum olduğu kimi, 2020-ci il atəşkəs bəyanatının 9-cu maddəsində Ermənistana Azərbaycanın Naxçıvanla nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verməyi öhdəsinə götürən müddəa daxildir. Amma çətin ki, İrəvan nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidmətinə həvalə edə. Çünki ermənilər Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan ciddi inamını itiriblər”.


Bu fikirləri Quincy İnstitutunun siyasi eksperti Aleks Littl bildirib.O, fikirlərini belə davam etdirib: “İranın Azərbaycan və Türkiyənin güc yolu ilə Zəngəzur dəhlizinin yaradılması perspektivindən narahatlığı davam edir.

Tehran Cənubi Qafqazda geosiyasi dəyişikliklərə qarşı olduğunu bildirib. Konkret olaraq, İran İsrailin Azərbaycana təsirindən dərin narahatdır. Bakı 2011-2020-ci illərdə Rusiyadan sonra Azərbaycana ikinci ən böyük silah tədarükçüsü olan İsraildən yüksək texnologiyalı pilotsuz təyyarələr və digər silahlar alıb. Ümumiyyətlə, Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatı İsrail və Türkiyə tərəfindən edilir.

Hərbi texnika ilə yanaşı, Tehran Azərbaycanın zaman keçdikcə İsrail kəşfiyyatı və izləmə mərkəzinə çevrilməsindən narahatdır. İsrailin Azərbaycanla hərbi və kəşfiyyat sahəsində əməkdaşlığına görə İran bunu İsrailin Cənubi Qafqazda mövcudluğunu genişləndirməsi kimi görür.

Zahirən Rusiya Zəngəzur dəhlizinin yaradılmasına biganə görünə bilər, çünki Rusiya İranın İsraillə bağlı təhdid anlayışlarını bölüşmür. Amma Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini hərbi yolla ələ keçirsə, bu, Tehranla Ankara arasında daha genişmiqyaslı müharibəyə çevrilə bilər. ABŞ-ın Cənubi Qafqazda məhdud maraqlarına baxmayaraq, ticarət yollarını sülh yolu ilə əlaqələndirmək üçün Qərb Bakı və İrəvanın əməkdaşlığına yardım etməlidir. Bu, Avropanın periferiyasında gələcək müharibənin qarşısını almağa xidmət edə bilər”.

Amerikalı ekspertdən fərqli olaraq artıq bütün dünya Bakının ardıcıl və ədalətli siyasətini davam etdirdiyinin şahidinə çevrilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR