İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Fars körfəzində neft tankerini ƏLƏ KEÇİRDİ

1314 28.01.2024 20:00 Dünya A A

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri Fars körfəzində tankeri ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

SEPAH-ın generalı Heydar Henariyan Meqradın bəyanatında bildirilib ki, gəmi qaçaqmalçılıq yolu ilə 2 milyon litr dizel yanacağı daşıyırmış.

Okeaniya ölkələrindən birinin bayrağı altında üzən tanker İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat zonasına daxil olan kimi saxlanılıb.

Məlumata görə, tankerin göyərtəsində 14 ekipaj üzvü olub. Onlar tutularaq ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Xatırladaq ki, yanvarın 11-də İran hərbçiləri Oman körfəzində ABŞ-a məxsus neft tankerini saxlayıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR