İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dövlət televiziyası futbolçuların himni oxumamasını efirə verməyib

1006 21.11.2022 21:14 İdman A A

İran dövlət televiziyası Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığmasına qarşı keçirilmiş B qrupunun ilk tur oyununun startı öncəsi yayımı dayandırıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.

İranlı oyunçular Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.

Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar.

Qeyd edək ki, İngiltərə - İran oyunu Avropa təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR