İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dayanmır: SEPAH bu dəfə belə TƏHDİD ETDİ - ŞOK VİDEO

2451 22.03.2023 19:00 Gündəm A A

Bir neçə gündür ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mediası Azərbaycanın öz ərazilərində antiterror əməliyyatı aparacağından əndişələnir. Bu əndişə səbəbindən ölkəmizi təhdid edir, müxtəlif videoroliklər (cizgi filmi) çəkib, "bu gün gəlirik", "Sabah gələcəyik" tipli sərsəm mesajlar verirlər. 

Bu dəfə isə, SEPAH-ın "Telegram" kanalı İran və Ermənistanın Azərbaycanla gözlənilən müharibə mövzusunu qızışdıraraq, milli azlıqlar amilindən istifadə etməyə başlayıb.

Kanalda yayılan videorolikdə Ermənistanla sərhəddə xidmət edən əsgərlər guya talış dilində danışırlar: "İranla müharibə - bizim müharibəmiz deyil. İran - bizim vətənimizdir".

Kanal təhdid edir ki, əgər talışlar İranla müharibəyə məcburi göndərilərsə, onlar öz silahlarını Azərbaycan Prezidentinin iqamətgahına tuşlayacaqlar.

Həmin videoroliki təqdim edirik: 

SASDASD.JPG (78 KB)


Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR