İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran bizimlə müharibəyə indi başlamayıb...” – Pənah Hüseyndən İran-Azərbaycan gərginliyinə spesifik baxış

526 31.01.2023 19:55 Gündəm A A

“İran çox ciddi şəkildə rejim dəyişikliyinə gəlib çatıb”.

Bu sözləri bu gün TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində AXP sədri, eks baş nazir Pənah Hüseyn bildirib.

Musavat.com xəbər verir ki, İran yaxın zamanda rejim dəyişikliyinə gedə bilməyəcəksə, İran cəmiyyəti və hökuməti, bunun davamı olaraq Türkiyə ilə rəqabətdən geri çəkilməyəcəksə, Azərbaycanla real əməkdaşlıq aparılmayacaqsa vəziyyəti ağırlaşacaq: “ İranın hazırkı Azərbaycan siyasəti dəyişikliyə getməlidir. İran bizimlə indi müharibəyə başlamayıb. Onlar Ermənistanın yanında dayanandan Ermənistanın şərikidir.

Üçüncü bir istiqamət Ermənistanla dostluq, hərbi müttəfiqlik, Azərbaycanla müharibədə iştirakçılıq kursundan əl çəkməyəcəksə bu məsələ kəskinləşməkdə davam edəcək”.

P.Hüseyn bildirib ki, tez-tez İranın Azərbaycana yüzlərlə dron göndərəcəyi, Azərbaycanın vurulacağı, qaçqınların olacağı ilə bağlı fikirlər yaymağa çalışırlar. Onun fikrincə, bu narahatlıqlar əbəsdir: “Hər iki halda - istər İranın bizə qarşı ağlını itirib hərbi təcavüzü halında, daxildəki rejim dəyişikliuyi halında Azərbaycan məsələsi yeni mərhələyə daxil olacaq.

Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR