İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bizdən nə istəyir?

1109 01.02.2023 15:57 Yazarlar A A

Fars-molla rejimi Azərbaycanın Güneyindən, bütövlükdə bizim millətdən nə istəyir?!

Bax,

- Dilini unutdurur,

- Urmu kimi gölünü qurudur,

- kəndlərini orta çağdaymış kimi (və də ac-yalavac!) saxlayır,

- milli haqq istəyəni asır,

- işıqlı cavanları dustaq edir,

- şəhərləri-kəndləri – bütün əhalini qaramata bürüyür,
nəhayət

- Dünya Azərbaycanlılarının gözbəbəyi olan müstəqil dövlətimizin səfirliyinə səhər çağı terror təşkil edir;

Ümumiyyətcə,

Müstəqil Azərbaycan Respublikasının varlığını öz nacins varlığına təhdid sayır…

Bunlar azmış kimi, zəlzələdən ev-eşiksiz qalan Xoylu soydaşlarımız təbii fəlakətin ilk anından ta bu sətirlər yazılanadək soyuqda, şaxtada əyin-başsız, yemək-içməksiz buraxılıb. Guya ”12 imam aşiqi” olanlardan imdad gözləməyin nə qədər yersiz və anlamsız olduğunu təsdiq edən onlarla şəkil, video yayımlanıb... Bir azyaşlı Xoylu balasının şəkli ürəyimi lap dibindən vurdu! – Hazırda soyuqda istiliksiz, ac-susuz buraxılan o dodağı göyərmiş oğlan böyüyən kimi Fars-Molla rejiminin adamları qapını döyəcək ki, gəl, əsgər get. İndi isə ev dağılıb, nə qapı var-nə baca... Ancaq o Xoylu oğlan böyüyüb əsgərgetmə yaşına çatınca da inşallah Fars-Molla rejimi yerli-dibli olmayacaq. Lap (Allah eləməmiş olsa belə) o dodağı soyuqdan göyərmiş, aclıqdan əsən uşaq, silahı ona (ailəsinə, nəslinə, şəhərinə) və bütövlükdə millətinə ayrı-seçkilik, mollasayağı soyqırım aktı törədənlərə qarşı çevirsə - yeri də var, göyü də!.. Yoxsa, Fars-Molla rejiminin daha çox can alması, müqəddəs dəyərləri siyasət üçün daha çox istismar edə bilməsinə görə Azərbaycan Respublikasınamı, Türkiyəyəmi, Pakistanamı silah tuşlamalıdır Xoylu oğlan?

Bəyəm Güneyli soydaşlarımız o yaramaz rejimə daha nə qədər dözməlidir ki?..

Deyirəm, zalımuşağı, bu millətə nə veribsiz, ala bilmirsiz?

Hər nə böyük uğurunuz varsa, Azərbaycanın, azərbaycanlıların hesabına olduğunu qanmırsızmı guya? Amma illa da bədəlini ödəyəcəksiz!

Kişi qarğış qarğamaz, üsulluca deyim, ölkə (daha doğrusu, rejim) adınızın qabağına bir “v” hərfi gələcək – o qədər: vİran olacaqsız!

Siz guya Allaha inanırsız axı? – Bəyəm bilmirsiz ki, Yaradan haqqı incəltsə də, üzülməyə qoymur!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR