İnsanlara hürriyət, millətlərə istiqlal!

İqlimşünaslar Avrasiyada rekord isti qış olacağını proqnozlaşdırıblar

414 04.12.2023 11:22 Dünya A A

Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mətbuat xidmətinin bəyanatına görə, Avrasiyanın orta enliklərində və Amerikanın əksər bölgələrində bir çox regionlarda rekord yüksək temperatur müşahidə olunacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, çinli iqlimşünaslar 2024-cü ilin qışında Yer kürəsində orta temperaturun rekord yüksək olacağını, son onilliklər ərzində onun Selsi üzrə təxminən bir dərəcə aşması ehtimalının 95% olacağını müəyyən ediblər.

Eyni zamanda, 95% ehtimalla Yerin ümumi qlobal səth temperaturu 2023-2024-cü illərin qışı ərzində yeni rekorda imza atacaq. Qışın 1991-ci ildən bəri ən isti keçəcəyi Çində temperatur xüsusilə güclü artacaq”, - deyə hesabatda bildirilir.

Bu kəşf Pekindəki KAS-ın Atmosfer Fizikası İnstitutunun dosenti Jen Feinin başçılıq etdiyi bir qrup çinli iqlimşünas tərəfindən indiyədək ən isti il olan son bir ildə planetin iqliminin necə dəyişdiyini öyrənərkən edilib.

İqlimşünaslaarın hazırkı hesablamalarına görə, son 12 ayda temperatur 20-ci əsrin əvvəllərindəki tipik dəyərlərdən 1,25 dərəcə Selsi və ya daha yüksək olub.

Alimlər hesab edirlər ki, bu rekord göstəricilər təkcə antropogen qlobal istiləşmənin sürətlənməsi ilə deyil, həm də El Nino iqlim fenomeninin intensivləşməsi ilə bağlıdır.

Temperatur sənayedən əvvəlki göstəricilərdən 1,2-1,4 dərəcə yüksək olacaq. Arktikada, həm də Çin və Mərkəzi Asiya ölkələrində bu, normanı 1,1-1,2 dərəcə keçəcək.

Kanada və Alyaskada, eləcə də Cənubi və Mərkəzi Amerikanın ekvatorial bölgələrində, eləcə də Afrikanın cənubunda və Avstraliyanın şimal-qərbində bəzi ərazilərdə temperatur eyni dərəcədə yüksələcək.

Eyni zamanda Qərbi Avropada, Avropa regionlarında və Rusiyanın Uzaq Şərqində, həmçinin ABŞ və Argentinada qış temperaturu aşağı səviyyədə qalacaq və ya hətta əhəmiyyətli dərəcədə aşağı düşəcək.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, bu, həm də Sakit okean və planetin digər regionları üzərində hava kütlələrinin hərəkətinin təbiətindəki dəyişikliklərlə bağlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR