İnsanlara hürriyət, millətlərə istiqlal!

İnvestisiya axtaran kiçik və orta biznes qurumları hara müraciət edə bilərlər? –Ekspertdən tövsiyə

342 19.05.2023 15:45 Son xəbər A A

“Ölkəmizdə ekosistemin inkişafında ciddi problemlərdən biri investisiya ilə bağlıdır. İT şirkətlər və yeni fəaliyyətə başlayan startaplar investisiya əldə etməkdə çətinlik çəkirlər”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
O ötən il Rabitə İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) təşəbbüsü ilə yaradılan və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kurasiyasında olan “Caucasus Ventures” fondunun qapalı fəaliyyətə keçdiyini qeyd edib: “Hələlik bu vençur fondun prinsipləri, investisiya yatırımları haqqında heç kim heç nə bilmir, əlçatanlıq da yoxdur. Belə bir zamanda ekosistem oyunçularının diqqətini digər bir investisiya mənbəyinə, güzəştli kreditlərə yönəltmək istərdim. Hazırda Sahibkarlığın İnkişafı Fondu İT və innovasiya istiqaməti üzrə illik 5% -dək, 3-5 il müddətinə güşətli kreditlər təklif edir. Xatırladıram ki, hazırda bizim bankların verdiyi biznes kreditləri 13-15%-dən az deyil”.

Mütəxəssis çıxış yolu kimi Sahibkarlığın İnkişafı Fonduna müraciət etməyi tövsiyə edir:

“Sahibkarlığın İnkişafı Fondunun şərtləri, tələb olunan sənədlər də yetərincə sadə və əlçatandır. Yeri gəlmişkən, İRİA-nın texnopark rezidenti statusu vermək üçün tələb etdiyi analoqu olmayan sənədlər siyahısı ilə fondun tələbləri arasında kəskin fərq var. Sahibkarlığın İnkişafı Fondu 200 min manatadək olan kreditlər üçün ümumiyyətlə biznes plan da tələb etmir. Bildiyim qədər cari ildən bu fond İT və innovasiya istiqamətini prioritet olaq qəbul edib. Düşünürəm ki, investisiya axtaran kiçik və orta biznes qurumları, İT şirkətlər və startapların Sahibkarlığın İnkişafı Fonduna baş vurması faydalı ola bilər”.

Nigar Həsənli,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR