İnsanlara hürriyət, millətlərə istiqlal!

İndoneziyada təbii fəlakət: 12 nəfər itkin düşdü

361 02.12.2023 16:22 Dünya A A

İndoneziyanın Sumatra adasında güclü yağış daşqın və torpaq sürüşməsinə səbəb olub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 12 nəfər itkin düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, ən çox ziyan Şimali Sumatra əyalətindəki məşhur Toba gölünün yaxınlığında yerləşən Simanqulampe kəndinə dəyib. Belə ki, burada bir neçə nəfər torpaq altında qalıb və evlər dağılıb.

Palçıq və nəhəng qayaların yolları bağlaması xilasetmə işlərinə mane olub. Hazırda itkin düşən 12 nəfərin axtarışları davam edir.

Məlumata görə, təbii fəlakət ən azı 12 evə, kilsəyə, məktəbə və otelə ziyan vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR