İnsanlara hürriyət, millətlərə istiqlal!

İmperializm keçmişini unutmayan Makron nəyi sübut etməyə çalışır?- ŞƏRH

531 29.06.2023 18:42 Siyasət A A

"Dünyada Fransa kimi eybəcər müstəmləkəçilik siyasəti aparan ikinci dövlət yoxdur. Fransızların işğal etdiyi bütün ərazilərdə zülm, soyqırım olub. Fransanın imperializm keçmişi müstəmləkə ölkələrdə, yerli xalqlarda nifrət yaradıb".

Bu fikirləri millət vəkili Hikmət Babaoğlu Musavat.com-a Fransadakı son vəziyyəti şərh edərkən bildirib. Millət vəkilinin fikrincə, Makron imperialist ənənələri davam etdirir: "Şimali Afrika, Liviya, Yaxın Şərqdən qovulan Fransa Korsika adasında diktatura qurmaqla, vətəndaşların sosial tələblərini qəddarcasına rədd etməklə, öz hüquq və azadlıqlarını tələb edən vətəndaşlara aşırı zorakılıq tətbiq etməklə məşğuldur. Bu isə Makron hökumətinə qarşı aqressiya yaradır. Görünən budur ki, Makron uğursuzluqları kompensasiya etmək üçün ilticaçı bəyanatlar verməklə vəziyyətdən çıxmağa çalışır. Onun sözünün hökmü yoxdur, təzyiq edə bilmir, lakin buna baxmayaraq, kimlərəsə xoş görünmək, dünya siyasətində rolunu böyütmək üçün təzyiq imkanları olduğunu iddia edir. Əgər onun iddiaları doğrudursa, nəyə görə nəticəsi yoxdur? Əksinə, onun bəyanatları Fransa siyasətini gözdən salır. Makronun natamamlıq kompleksi heç bir uğur əldə edə bilmədiyi halda özünü uğurlu siyasətçi kimi göstərmək cəhdləri onun özünün əleyhinə işləyir. Fransa xalqının meydanlara çıxması bunun bariz nümunəsidir".


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR