İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu cütlüyünün romantik anları tamaşaçıları güldürdü: "Onun həyəcanı mənə görədir" - VİDEO

2692 30.10.2022 00:20 Maraqlı A A

İstanbulda Əkrəm İmamoğlunun iştirak etdiyi tədbirdə maraqlı anlar yaşanıb.

Musavat.com xəbər verir ki, İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri çıxışı ilə zaldakı insanların gülüşünə səbəb olub.

İstanbul Vəqfinin “Böyüt Xəyallarını” layihəsi çərçivəsində səhnəyə çıxaraq çıxış edən Dilek İmamoğlu (Əkrəm İmamoğlunun həyat yoldaşı) həyəcanlı olduğunu ifadə edib. 

“Bir az ürəyimin səsini kəsə bilsəm, burada danışa biləcəm”, - deyə Dilek İmamoğlu bildirib.

Həyat yoldaşının ardınca kürsüyə çıxan İBB sədri Əkrəm İmamoğlu isə "Dilek Xanımdan sonra bu kürsüyə çıxmaq çətin olacaq. Düşünürəm ki, onun həyəcanı və ürəyinin səsi mənə görədir", -deyə qeyd edib.

Onun bu sözləri zaldakıları güldürüb.

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR