İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maskdan ETİRAF: "Hər iki həftədən bir..."

776 19.03.2024 16:42 Dünya A A

Amerikalı sahibkar, "Tesla", "SpaceX" şirkətlərinin , "X" sosial şəbəkəsinin sahibi İlon Mask etiraf edib ki, bəzən depressiyadan əziyyət çəkir və hər iki həftədən bir dərman - ketamin qəbul edir.

BAKU.WS xəbər verir ki, bu barədə "CNN" yazır.

Milyarderin sözlərinə görə, bəzən onun başında hansısa mənfi kimyəvi vəziyyət, bəlkə də depressiya yaranır.O, bu vəziyyətin heç bir neqativ xəbərlə bağlı olmadığını izah edib.

Mask gündə 16 saat işlədiyini, dəqiq düşünə bilmədiyini və dərmanların ona normal vəziyyətini saxlamağa kömək etdiyini söyləyib.

Telekanal bildirir ki, iş adamı depressiyasının anadangəlmə olduğunu düşünür və narkotikdən istifadəsinin onun şirkətlərinə və dövlət müqavilələrinə hansısa şəkildə təsir edəcəyini düşünməyib.

Qeyd edək ki, ketamin əsasən anesteziya məqsədi ilə istifadə olunan maddədir. Bununla bərabər, istifadə edilən narkotiklərdən biridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR