İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask bu tvitinin zarafat olduğunu açıqladı

1358 18.08.2022 02:31 Maraqlı A A

“Tesla” və “SpaceX”in baş direktoru, amerikalı iş adamı İlon Mask ““Mançester Yunayted”i alıram" tvitinin zarafat olduğunu açıqlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, ilk tvitindən təxminən 4 saat sonra bu açıqlamanı verib.

“Tesla Owners Silicon Valley” hesabında “Ciddisən?” sualına o, “Xeyr, bu tviterdə uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman klubu almıram” cavabını verib.

Qeyd edək ki, İlon Mask daha əvvəl “Mançester Yunayted” futbol klubunu satın almaq istədiyi haqda tvit yazmışdı.

Toğrul İSMAYIL
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR