İnsanlara hürriyət, millətlərə istiqlal!

İlin sonuna qədər Azərbaycanın ÜDM-i ən yüksək göstəriciyə çata bilər - Nazirdən AÇIQLAMA

766 03.11.2022 14:18 İqtisadiyyat A A

“Dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər eyni tempdə davam edərsə, bu ilin sonunda Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir. Bu da Azərbaycan tarixində ən yüksək göstəricidir”.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyri-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.

“Ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilib”, - deyə nazir əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR