İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhan Mansız azərbaycanlı xanımla evləndi - FOTO

2243 26.10.2023 22:23 İdman A A

Türkiyə millisinin sabiq futbolçusu İlhan Mansız azərbaycanlı xanımla evlənib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, Leyla adlı qadınla ailə həyatı qurub.

Cütlük xəbəri sosial şəbəkə hesablarında paylaşıblar. Bundan başqa, onlar iki həftə əvvəl uşaqlarının olacağını da öyrəndiklərini bildiriblər.

Onların nikah mərasimi ABŞ-də baş tutub.

Məlumata görə, İlhan Mansızla Leylanın tanışlığı iki il əvvələ təsadüf edir.

Qeyd edək ki, İlhan Mansız daha öncə almaniyalı Nina Ritterlə ailəli olub. Onun bu izdivacdan bir qızı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR