İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Haqverdiyev azadlığa buraxıldı

2264 01.05.2026 14:42 Son xəbər A A

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Mayor Haqverdiyev təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurdu. Amma məhkəmədə, demək olar ki, bütün şahidlər keçmiş rəisin lehinə ifadə verib, işə düzəlmək üçün pulu onun müavini, hazırda rəis vəzifəsini icra edən Muraz Həsənova verdiklərini deyiblər.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası yekunda təqsirləndirilən şəxsi verilmiş ittihamla təqsirli bilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən az cəza təyin etmə) maddəsi tətbiq edilib.

Hökmə əsasən, İlham Haqverdiyev 15 min manat cərimə cəzasına məhkum edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, İ.Haqverdiyev 6 ay əvvəl prokurorluq tərəfindən həbs olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR