İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan Türkiyədə qalmaqallı Qrenlandiya bəyanatı

1578 08.07.2026 14:45 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Vaşinqton üçün strateji əhəmiyyət daşıdığını, lakin Danimarka üçün eyni dərəcədə vacib olmadığını iddia edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp bu barədə Ankarada NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb.

“Qrenlandiya ABŞ üçün çox vacibdir, amma Danimarka üçün vacib deyil”, – deyə ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, İkinci Dünya müharibəsi zamanı Danimarka nasist Almaniyası tərəfindən işğal edildikdən sonra ABŞ adanın müdafiəsini öz üzərinə götürüb. Onun sözlərinə görə, sonradan Vaşinqton Qrenlandiyanı Danimarkanın nəzarətinə qaytarmaqla səhvə yol verib.

“Biz onu qoruduq, sonra isə axmaqlıq edib geri qaytardıq”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Tramp həm birinci prezidentliyi dövründə, həm də son aylarda dəfələrlə Qrenlandiyanın ABŞ tərəfindən alınması və ya Vaşinqtonun nəzarətinə keçməsi ideyasını gündəmə gətirib. Bu bəyanatlar Danimarka və Qrenlandiya rəhbərliyi tərəfindən dəfələrlə rədd edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR