İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin dünyaya meydan oxuyan 2 MESAJI - Generaldan ŞOK AÇIQLAMA

3629 15.05.2023 21:09 Siyasət A A

“Ermənistan təxribatlarla vaxt qazanmağa çalışır. 44 günlük müharibədən sonra siyasi, hərbi və iqtisadi güc toplamağa çalışır. Ağır məğlubiyyətin nəticələrini qəbul etmək istəmir. Ermənistan həm Vaşinqton, həm Brüssel, həm də Moskva görüşlərindən öncə münaqişə mühiti yaradaraq Azərbaycanı ittiham etməyə çalışır. Avropa İttifaqı, ABŞ və BMT-nin Azərbaycan-Ermənistan məsələsi ilə maraqlanmasını istəyir”.

Bu sözləri Musavat.com-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

karauz.jpg (89 KB)

General erməni təxribatlarında bir neçə məqama diqqət çəkib:

“Prezident İlham Əliyev aprelin 29-da “Teknofest”də iştirak etdi. Çıxışında bildirdi ki, “biz bir millət, iki dövlətik, tək yumruğuq”. Bu, bir mesajdır. Cənab İlham Əliyev ikinci mesajı Moskvada keçirilən parada getməyərək verdi. Şuşadan xalqa müraciətində bildirdi ki, “heç kim Azərbaycana barmaq silkələyə bilməz, biz haqlıyıq, ərazi bütövlüyümüzü müdafiə edirik, heç kim Azərbaycanı dayandıra bilməz”. Bundan sonra ABŞ, İran, Rusiya, Avropa İttifaqı, Fransa hərəkətə keçdi. Ermənistanın sonuncu təxribatı Azərbaycana və Prezident İlham Əliyevə verilən bir mesaj kimi dəyərləndirilə bilər.

Erməni, erməni dövləti demək terror, ikiüzlülük, haqsızlıq deməkdir. Ancaq onlar unutmamalıdır ki, Azərbaycan dövlətinin bir səbri, sərhədi var. Heç kim Azərbaycanın haqlı mübarizəsinə mane ola bilməz. Onlar Türkiyə və Azərbaycanı 95 milyonluq bir millətin övladı, 2 dövlət, tək ordu və tək yumruq olaraq hesaba qatmaq durumundadırlar”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR