İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin bu sözləri erməni kilsəsini AYAĞA QALDIRDI: “Paşinyan bundan sonra...” – Elçin Alıoğlu ilə CANLIda

3171 26.02.2024 11:34 Gündəm A A

Erməni Apostol Kilsəsi Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə üçün yeni konstitusiya qəbul etmək təşəbbüsünü son dərəcə şübhəli adlandırıb. Bu barədə "EurAsia Daily" portalı məlumat yayıb. Bütün ermənilərin katolikosu II Qareginin başçılıq etdiyi Erməni Apostol Kilsəsinin Ali Ruhani Şurası qeyd edib ki, Ermənistanın müxtəlif yüksək rütbəli rəsmilərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları yalnız yeni konstitusiyanın qəbulu ilə bağlı olub.

İyerarxlar hesab edirdilər ki, ölkənin yeni konstitusiyasının qəbulu təşəbbüsü çox şübhəlidir, xüsusən də Ermənistanın ictimai dairələrində bunun xarici təzyiqin nəticəsi kimi qəbul edildiyini nəzərə alsaq.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığını bildirib. Ermənistan Təhlükəsizlik Şurası isə Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə ümid etdiklərini bildirmişdi.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.34-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi ekspert Elçin Alıoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR