İnsanlara hürriyət, millətlərə istiqlal!

İki yaşlı oğlundan "cin çıxaran" anadan DƏHŞƏTLİ ƏMƏL: İsti mumu.. - VİDEO

654 10.04.2024 21:40 Hadisə A A

Moskvalı qadın Soçidə iki yaşlı uşağından "cin çıxarmaq"da ittiham olunaraq mühakimə olunacaq.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsi məlumat yayıb .

İdarədən verilən məlumata görə, 32 yaşlı Moskva sakini barəsində cinayət işi üzrə istintaq yekunlaşıb, materiallar məhkəməyə təqdim edilib. Rus qadın azyaşlıya işgəncə verməkdə və tərbiyə vəzifələrini lazımınca yerinə yetirməməkdə ittiham olunur. Qadının ağlı başında olduğu qeyd edilib.

Müstəntiqlərin sözlərinə görə, insident ötən ilin oktyabrında bir qadının oğlu ilə Soçiyə gələrək oteldə qeydiyyatdan keçdikdən sonra baş verib. Orada o, uşağa ritual təmizləmə və "cinçıxarma" rituallarını yerinə yetirib, bu zaman oğlana hərəkət etməyi qadağan edib və başına isti mum töküb.

Cinayət işinin istintaqı zamanı qadın həbsdə olub, hazırda həbs-qətimkan tədbiri davam etdirilir. Hazırda oğlanın atasının yanında olduğu bildirilir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR