İnsanlara hürriyət, millətlərə istiqlal!

İki prezident Zelenskiyə sülh üçün təzyiqə BAŞLADI – Rizvan Hüseynovla “Canlı debat”

706 25.02.2023 12:54 Siyasət A A

Ukrayna Prezidenti Vladimir Zelenskinin bu ay Avropaya səfəri zamanı Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts Parisdə üçtərəfli görüşdə onu Rusiya ilə sülh danışıqlarına başlamağa inandırmağa çalışıblar. bu barədə "Voll Strit Jurnal" bildirib.

“Yelisey sarayında şam yeməyi zamanı Makron Zelenskiyə Fransa və Almaniya kimi ölümcül düşmənlərin belə II Dünya müharibəsindən sonra sülh bağlamağa məcbur olduğunu söyləyib”, - deyə mənbələr bildiriblər.
Həmçinin, Fransa lideri Zelenskini inandırmağa çalışıb ki, o, sonda hərbi lider rolundan imtina edib siyasi qərarlara keçməli olacaq.
Daha sonra Münhen Təhlükəsizlik Konfransında çıxış edən Makron açıq şəkildə müharibənin nəticəsinin döyüş meydanında həll olunacağına şübhə etdiyini bildirib.
"İndi bizə lazım olan odur ki, Ukrayna danışıqlara qayıtmağa yol açmaq üçün Rusiya cəbhəsini geri çəkilməyə məcbur edən hərbi hücuma keçsin".

Nələr baş verir? Sülh üçün son addılar artıq atılırmı? Zelenski bu təzyiqə boyun əyəcəkmi?

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Rizvan Hüseynovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR