İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dəfə evləndi, övladlarının sayını gizlədi, ailəsinə verdiyi sözü tutmadı– Gülərkən ölən Rüfət Mehdiyev

2174 02.04.2023 19:05 Son xəbər A A

Bu gün müğənni Rüfət Mehdiyevin anım günüdür.

Musavat.com kulis.az-a istinadən onun haqqında on maraqlı faktı təqdim edir.

1. Rüfət Mehdiyev Bakıda anadan olub. Universitet təhsilini başa vurandan sonra musiqi ilə məşğul olmağa başlayıb. 1992-ci ildən müğənnilik edib. “Space” Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.

***

2. Müğənni kimi “Darıxırdım”, “Druziya”, “Gedirəm”, “Getdin”, “İl keçdi”, “Yandırdı, yaxdı məni” mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.

3. Rüfət Mehdiyev iki dəfə ailə həyatı qurub. 90-cı illərin əvvəllərində toylarda sintezator ifaçısı kimi çıxış edən müğənni həmin toyların birində gələcək həyat yoldaşı ilə tanış olub. Onlar ailə qurublar. 1993-cü ildə onun Zemfira adlı bir qızı, sonra daha bir qızı dünyaya gəlib.

***

4. Ailə həyatı uğurlu olmayan müğənni sonralar ikinci dəfə Fərqanə adlı xanımla evlənir. Bu evlilikdən isə onun Sabir adlı oğlu, Aynil adlı qızı olur. İkinci ailəsi ilə yanaşı müğənni ilk ailəsinə də baxır, qızları ilə hər gün əlaqə saxlayırmış.

 

5. Ancaq qəribədir ki, verilişlərdə o, iki övladı olduğunu deyirmiş.

***

6. Qızı Zemfiranın sözlərinə görə 2018-ci ildə onun toy mərasimində atasının yaxın dostları olan sənət adamlarından Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, “Bu şəhərdə”nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski təmənnasız iştirak ediblər.

***

7. Rüfət Mehdiyev həmkarı Elariz Məmmədovla çox yaxın dost olub. Elariz bəyin qızının toyuna dəvət olunan Rüfət toydan sonra pul götürməyib, hətta ona pul təklif etdiyinə görə Elarizdən inciyib.

8. Müğənninin yaxınları onun çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olduğunu qeyd edirlər. Dostu Elnur Quliyev müsahibələrinin birində deyir:

9. “Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, heç nə olmayıb deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı”.

10. Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin bu sözləri deyəndən bir neçə saat sonra Rüfət Mehdiyev 2011-ci il fevralın 11-də gecə saat 3-də rusların "Komedi Klab" verilişinə baxıb güldüyü yerdə qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. O, Nizami rayon qəbiristanlığında dəfn edilir. Rüfətin anası da 31 yaşında eyni səbəbdən dünyasını dəyişib. Müğənninin ikinci həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb mətbəxə keçib bir şeir yazır və bu şeirə musiqi bəstələyir, lakin həmin bəstəni lentə almır. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, musiqini özü ilə aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR