İnsanlara hürriyət, millətlərə istiqlal!

III Bakı Piano Festvalının açılış mərasimi keçirilib - Fotolar

932 18.06.2024 02:54 Mədəniyyət A A

III Bakı Piano Festivalının açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, festival ispan virtuoz rəqqasə Rebeka Orteqanın flamenko rəqsi ilə açılıb.

Rəqqasə tamaşaçılar üçün heyrətamiz şou yaratmağı bacarıb.

Qeyd edək ki, Rebeka Orteqa “Nottingham Flamenquitas” qrupu ilə çalışıb, “Flamenco Carmen Amaya” Mədəniyyət Akademiyasında klassik flamenko ixtisası üzrə təhsil alıb, Madriddəki dünyaca məşhur “Centro de Arte Flamenco y Danza Española Amor de Dios”da, “Escuela Mayor de Danza”da və Sevilyadakı Peşəkar Rəqs Akademiyası təcrübə keçib. O, həmçinin usta Manuela Noqalesdən müasir rəqs öyrənib.

Onun rəqsi klassik flamenko da daxil olmaqla geniş repertuarı, həmçinin teatr və sirk bacarıqları ilə bağlı şəxsi səhnə təcrübələrini ehtiva edir. Flamenko rəqqası kimi o, güclü ifadəsi, ritm hissi, zərifliyi və yüksək səviyyəli səhnə sənəti ilə seçilir.

Xatırladaq ki, III Bakı Piano Festivalı
iyunun 29-dək davam edəcək.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR