İnsanlara hürriyət, millətlərə istiqlal!

İdmanla məşğul olarkən zədə almamaq üçün bunları edin

637 11.07.2024 12:57 Ölkə A A

“İdmanla məşğul olarkən ən çox rast gəlinən travmalar müxtəlif amillərdən asılı olaraq fərqlənir, lakin bəzi travmalara daha çox rast gəlinir”.

 Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, ən çox rast gəlinən idman travmaları düşmə və ya birbaşa zərbələr nəticəsində baş verən qol və ayaq sınıqlarıdır:

“Xüsusilə futbol və basketbol kimi idman növlərində çanaq və omba sınıqlarına rast gəlinir. Həddindən artıq yüklənmə və ya qeyri-düzgün isinmə səbəbindən əzələ gərginliyi və zədələri də baş verə bilər”.

Baş həkim bildirib ki, xüsusilə diz və ayaq biləyi bağlarında travma futbol, basketbol, gimnastika kimi idman növlərində bağların yırtılması və dartılması geniş yayılıb:

“Yüksək intensivlikli məşqlər və təkrarlanan hərəkətlər nəticəsində kiçik sümük çatları meydana gələ bilər. Bu, qaçış, basketbol və gimnastika idman növlərində daha çox rast gəlinir. Bu travmaların qarşısını almaq üçün idmanla məşğul olarkən düzgün isinmə, uyğun idman avadanlığı və texnika istifadə etmək vacibdir”. Baş həkim sonda qeyd edib ki, idmanla məşğul olmazdan əvvəl peşəkar bir məşqçi və ya fizioterapevtdən  məsləhət almaq faydalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR