İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər Rusiyaya bu yaxşılığı etdilər

1216 10.03.2024 22:52 Dünya A A

Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumundan sonra Rusiya dəmir yolları ilə yüklərin Asiyadan Avropaya daşınmasına tələbat kəskin artıb. Bu barədə logistika şirkətləri və dəmir yolu operatorlarına istinadən “Financial Times” (FT) məlumat yayıb.

Alman nəqliyyat və logistika firması DHL-in məlumatına görə, dekabr ayında Ümid burnu ətrafında konteyner gəmiləri daha uzun marşrutla hərəkət etməyə başlayandan bəri Rusiya dəmir yolu dəhlizi ilə yüklərin daşınması üçün müraciətlər təxminən 40 faiz artıb. Bu marşrut 8 min km və 10-14 gün uzundur və əlavə yanacağın alınması xərcləri orta hesabla daha 15 faiz artırır: "Yüklərin böyük əksəriyyəti Rusiyadan keçir".

“RailGate Europe”un məlumatına görə, bu il Rusiya ərazisindən keçən yük dəmir yolu nəqliyyatına tələbat keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 25-35 faiz yüksək olub. Rail Bridge Cargo eyni dövrdə 31 faiz artım olduğunu açıqlayıb.

“Kuehne & Nagel” dəniz logistika şirkətinin rəhbəri Maykl Aldvellin sözlərinə görə, hazırkı şəraitdə yüklərin Asiyadan Avropaya dəmir yolu ilə daşınmasına “daha çox tələbat” var: “Yüksək dəyərli yüklərin bu marşrutla çatdırılması həmişə yüksək tələbat olub”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR