İnsanlara hürriyət, millətlərə istiqlal!

Husilər qaçırılan gəmidə rəqs etdilər və batmaq üzrə olduğunu bildirdilər - VİDEO

837 21.02.2024 02:46 Dünya A A

Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qalan Britaniyaya məxsus “Rubymar” gəmisinin batması ilə bağlı video yayımlanıb.

“Rubymar”a bir neçə gəmi əleyhinə raketlə hücum edilib. Husilərin nümayəndəsi Yəhya Sariya əməliyyat zamanı gəminin heyətinin təxliyə edildiyini vurğulayıb.

Son günlər daha bir neçə gəmiyə ciddi ziyan dəyib.

Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan ediblər.

Qeyd edək ki, İrana bağlı olan husilər xüsusən İsrail-HƏMAS müharibəsi başlayandan sonra mütəmadi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücum edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR