İnsanlara hürriyət, millətlərə istiqlal!

Husi üsyançıları Britaniya gəmisinə hücum etdi

481 03.12.2023 22:39 Dünya A A

Yəmənin “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Babül-Məndəb boğazında Böyük Britaniyanın ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum edib.

Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Gəminin Britaniya bayrağı altında üzdüyü və ekipajının da Böyük Britaniya vətəndaşları olduğu qeyd edilir. Mənbələrə görə, Amerika və İsrail hərbi gəmiləri hücumu dəf edib.

Kanal hücumun dəqiq nə vaxt baş verdiyini açıqlamır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR