İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hücumun vaxtını proqnozlaşdırmaq çətindir, çünki...” - Dunamalyan

2188 26.09.2023 16:48 Son xəbər A A

“30 il ərzində Rusiya-Ermənistan münasibətlərinin ictimai sahəsində belə gərgin vəziyyəti xatırlamaq çətindir. Əlaqələrdə təkcə siyasi deyil, həm də ideoloji əsasları olan dərin böhran yaranıb”.

Musavat.com xəbər verir ki, bu barədə erməni ekspert Norayr Dunamalyan bildirib.

Dunamalyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) və KTMT-dən çıxması ehtimalına da toxunub. Onun sözlərinə görə, 2020-ci ildən sonra Avrasiya məkanında qüvvələr balansı pozulub və regiondankənar oyunçuların (Türkiyə, Çin, Aİ və s.) sayəsində postsovet dövlətləri ilə yeni münasibətlər formatları qurulub. Buna görə də Ermənistanın KTMT və ya Aİİ-də iştirakı sual altındadır, lakin kontekstdə dəyişiklik bu regional birliklərin funksiyalarının transformasiyasına gətirib çıxarır.

“Paşinyanın bəyanatlarında KTMT-nin səmərəsizliyi ilə bağlı çoxsaylı ifadələri xatırlamaq olar, lakin KTMT-dən fərqli olaraq Aİİ perspektivli istiqamət kimi qəbul olunur”, - deyə erməni politoloq qeyd edib.

Dunamalyanın fikrincə, “Qarabağa nəzarəti bərpa etdikdən sonra Azərbaycan dəhliz ideyasını həyata keçirməyə çalışacaq, buna rəğmən, hücumun vaxtını proqnozlaşdırmaq çətindir, çünki belə olan halda Ermənistan rəhbərliyinə, sonra isə cəmiyyətə Azərbaycan şərtlərinin yerinə yetirilməsi məqsədilə diplomatik təzyiq də olmalıdır.

Beynəlxalq oyunçuların mövqeyi də önəmlidir, lakin Rusiya və Qərbin passivliyi, həmçinin İranın çətin mövqeyi aydın mənzərə yaratmır”, - deyə Norayr Dunamalyan bildirib.

O, imzalanacaq sazişin bölgəyə gerçək sülh gətirəcəyinə inanmadığını qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR