İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak” qəzetindən Paşinyana tikanlı həqarət: “Keşişə cavab üçün...” - VİDEO

968 09.07.2024 13:33 Son xəbər A A

“Nikol Paşinyan və onun “çanta daşıyıcıları” öz səhvlərində sona qədər israrla, onu həqiqət kimi təqdim etməyə çalışırlar”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Keçən həftənin sonunda qanunverici orqanın nümayəndələri Kirantsa getdilər. Orada bir neçə yerli sakinlə fotosessiya təşkil ediblər. Şənbə günü isə çoxlu sayda təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Nikol Paşinyan Kirantsa təşrif buyurub. Ona yerli sakinlərin nə düşündüyü lazım olmayıb. Paşinyan sadəcə sərhəddə heç bir tikanlı məftil quraşdırılmadığını söyləyən keşiş Baqrata cavab vermək istəyirdi. Nikol Paşinyan tikanlı məftillərin kölgəsində xüsusi fotosessiya təşkil edib və operatora hansı ərazilərin çəkilməsi barədə göstərişlər yağdırıb. O, tikanlı məftillərin çəkilməsini böyük nailiyyət kimi təqdim etməyə çalışır”, - deyə qəzet qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR