İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hraparak": “Paşinyan əsas baş ağrısından qurtulmağa çalışır”

922 27.10.2023 16:11 Region A A

Xəbər verildiyi kimi Ermənistan hökumətinin dünənki iclasında Qarabağdan gedən ermənilərə qaçqın statusu verilməsi haqqında qərar çıxıb. Ermənistan hakimiyyətinin bu addımı Qarabağ erməniləri arasında birmənalı qarşılanmayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Vaxtilə Qarabağda yaşamış bəzi ermənilər belə bir qərarı səbirsizliklə gözləyirdilər, çünki onların Ermənistan hakimiyyətinə heç bir ümidləri yoxdur və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək.

Digərləri hələ də qondarma qurumun gələcəyinə ümidini itirməyənlər olub. İndi onlar ümidsizliyə qapılıblar.

“Hraparak”ın yazdığına görə, bu adamlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə qondarma qurumun (olmayan-red.) statusu və köçkünlərin geri qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil”.

“Əvəzində o, baş ağrısından qurtulmağa çalışır və belə bir status verməklə yaxın gələcəkdə onların gedəcəyinə və beləliklə bu adamlardan qurtulacağına ümid edir. Yəni “insan yoxdursa, problem də yoxdur”,-deyə "Hraparak" yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR