İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: “Paşinyan 9 noyabr bəyanatının bu bəndini ləğv etmək istəyir”  

1821 01.11.2023 13:46 Region A A

 

“Bir neçə ay əvvəl Nikol Paşinyan dar çevrəsinə və öz partiyadaşlarına 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndi ləğv edəcəklərini bəyan edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Paşinyan uzun müddətdir ki, şəffaf şəkildə buna eyham vurur, sözlərini sətirlər arasında çatdırmağa çalışır, lakin 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bunu demək olar ki, birbaşa bəyan edib. Ermənistan baş naziri hətta yollara nəzarətlə bağlı yerli Milli Təhlükəsizlik Xidmətinə  xüsusi bölmə yaradılacağını bildirib”,-deyə yazıda bildirilir.

“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalar vasitəsilə keçidi daxildir”, - Paşinyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR