İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: Hüquq-mühafizə orqanları Paşinyanı cavab mitinqləri ideyasından əl çəkməyə çağırıb

644 11.05.2022 16:24 Region A A

“Müxalifətlə Ermənistan hakimiyyətinin paralel aksiyaları geri dönməz nəticələr verə bilər”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzetin informasiyasına əsasən, müxalifətin başlatdığı küçə mübarizəsinin ilk günlərində iqtidarda olan “Vətəndaş müqaviləsi” partiyasının deputatları 9 noyabr 2020-ci il tarixindən sonra olduğu kimi cavab mitinqlərinin keçirilməsi ssenarilərini müzakirə ediblər.

Lakin hüquq-mühafizə orqanlarının nümayəndələri baş nazir Paşinyanı belə bir addım atmamağa çağırıblar. Onların düşüncəsinə görə, hazırda hökumətə qarşı çıxanların sayı müharibədən sonra olduğundan daha çoxdur və iki əks düşərgənin tərəfdarlarının toqquşması geri dönməz nəticələr verə bilər.

Xatırladaq ki, bu gün erməni müxalifəti paytaxt İrəvanın mərkəzində avtoyürüş həyata keçirir və artıq şəhərin mərəzi küçələrini iflic etməyə nail olublar. Ermənistanda revanşist qüvvələrin tərəfdarları Fransa meydanında mitinqə də toplaşıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR