İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hraçya Sarkisyanın təyinatı Müdafiə Nazirliyi üçün gözlənilməz oldu"

1755 05.08.2023 16:07 Gündəm A A

Xəbər verildiyi kimi, Ermənistanda İrəvan merinin müavini Hraçya Sərkisyan Ermənistan Respublikası müdafiə nazirinin müavini təyin olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Joxovurd” qəzeti bununla bağlı maraqlı məlumat yayıb.

Qəzetin yazdığına görə, Sərkisyanın təyinatı nazir Suren Papikyanın rəhbərliyə gətirilməsi kimi Müdfiə nazirliyi üçün gözlənilməz olub.

Gələn informasiyalara görə nazirlik dəhlizlərində 38 yaşlı Sarkisyanın Silahlı Qüvvələr və ya hərbi idarə ilə hansı əlaqəsi olması barədə müzakirələr gedir.

Onun mer olduğu dövrdə İrəvan metrosunda böyük sui-istifadə halları baş verib, bununla bağlı cinayət işi başlanıb. Üstəlik Dövlət Nəzarəti Xidməti bu xəbəri təkzib və ya təsdiq etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR